2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin Balakən rayonu, Gərəkli kəndinin seçiciləri ilə görüş keçirdi.
Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədr müavini Qurban Qaraisayev YAP-ın keçdiyi şərəfli yoldan söhbət açıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub.
O, qələbələrin davamı naminə seçiciləri parlament seçkilərində namizədini dəstəkləməyə çağırıb.
Çıxış edənlər Qumru Novruzova,Naida Dibirova,Şamil Behalov bildirdilər ki,onlar da cənab Prezidentin etimad göstərdiyi Yeni Azərbaycan Partiyası tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş namizədə inanır,onun bu etimadı doğruldacağından əmindirlər.Çıxışçılar hərə öz növbəsində kənd sakinləri seşkidə iştirak etməyə,və onun namizədini dəstəkləməyə çağırdılar.Kəndin problemlərini səsləndirən yerdən söz almış sakinlər namizəddən istədikləri cavabı aldılar.
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev çıxışında əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. Qeyd etdi ki ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmin edib. Yeni dönəmdə görülən işlər ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edir.Nəsib Məhəməliyev onu da bildirdi ki,o heç zaman heç bir görüşdə deməyib;-Gəlin,mənə səs verin.Seçki dövlətçiliyə xidmət edən prosesdir.Dost var,düşmən var.Seçkiyə gəlin,qoy bütün dünya görsün ki,xalq dövlətin arxasındadır,cənab Prezidentin siyasətini dəstəkləyir..