Nobel mükafatının sahibi o oldu-ƏDƏBİYYAT üzrə

2021-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb. Mükafat hazırda İngiltərədə yaşayan Zənzibar (Tanzaniya) əsilli yazıçı Abdulrazak Gurnaha verilib. O, mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçiliyin təsirlərinə, mühacirlərin taleyinə barışmaz və şəfqətli anlayışına görə bu mükafata layiq görülüb. 

Qeyd edək ki, mükafatın ötənilki qalibi ABŞ şairi və esseisti Luiza Qlük olub.