Novruz Aslanov beynəlxalq tədbirdə

19 iyun 2022-ci il tarixində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Federasiyanın XXIII Baş Assambleyası öz fəaliyyətinə başladı. Beynəlxalq Federasiyaya üzv olan 192 Milli Qızıl Xaç Qızıl Aypara Cəmiyyətlərinin iştirak etdiyi Baş Assembleyada Beynəlxalq Federasiyanın yeni Prezidenti, vitse-prezidentləri və Idarətemə Şurasının üzvlərinin seçkiləri keçirildi. 192 Milli QXQA Cəmiyyətlərinin iştirak etdiyi səsvərmə nəticəsində Beynəlxalq Federasiyanın Prezidenti yenidən İtaliya Qızıl Xaçının Prezidenti Francesco Rocco seçildi.

Vitse-prezident vəzifələrinə isə Avropa regionundan Gürcüstan QXC-nin Prezidenti Natia Loladze, Amerika regionundan Venezuela QXC-nin Vitse-Prezidenti Miguel Villarroel Sierraalta, Asiya regionundan Küveyt MC-nin İcraçı Katibi Maha Barjas Al-Barjas və Afrika regionundan Qambiya QXC-nin İcraçı Katibi Alasan Senghore seçildilər.

AzQAC-ın Prezidenti Novruz Aslanov Prezidenti və vitse-prezidentləri və təbrik etdi və onlara bu şərəfli humanitar missiyalarında uğurlar arzuladı.