Novruz Aslanov İsmayıllıda tədbirlərdə iştirak etdi - FOTOLAR

Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda bir neçə tədbirdə iştirak edib. 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Ruslan Tağıyevın anım günü İsmayıllıda xatirəsinə inşa edilmiş bulağın yanında qeyd olunub.

Sabahinfo.az xəbər verir ki, mərasimdə Novruz Aslanovla yanaşı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Tahir Kərimli, RİH-in məsul əməkdaşları, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri iştirak ediblər. Öncə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında dövlət himni səsləndirilib, şəhidin ruhuna dualar oxunub.  

Novruz Aslanov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyətindən, şəhidlərin qanları və canları bahasına bu qələbənin əldə olunmasından danışıb, şərəfli döyüş yolu keçən oğullarımızın xatirəsinin heç vaxt unudulmayacağını bildirib.

Həmçinin, şəhidlər- Novruz Həmzəyevin, Ramil Musayevin və Famil Əhmədzadənin adına bulağ-kompleksinin açılış mərasimi keçirilib. Millət vəkili Novruz Aslanov, rayon rəhbərliyi, deputat Tahir Kərimli, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələri də açılış mərasimində iştirak ediblər. 

Eyni zamanda, rayon mərkəzində yol kənarında Zəfər günü münasibətilə Novruz Aslanovun da iştirakı ilə güllər əkilib.

Sonra Novruz Aslanov ofisində seçicilərini qəbul edib, onları dinləyib. Qaldırılan məsələlər barədə müzakirələr aparılıb. Qəbulda millət vəkili Tahir Kərimli də iştirak edib. Bir neşə məsələ yerindəcə həll edilib.