Novruz Aslanov seçicilərin problemlərini dinlədi - FOTOLAR

İsmayıllı rayonundan seçilmiş deputat Novruz Aslanov kəndlərdə seçicilərinin qəbulunu davam etdirir.

Sabahinfo.az xəbər verir ki, sentyabrın 8-də millət vəkili Quşencə kəndində sakinləri qəbul edib. Yaxınlıqda yerləşən Balik və Zoğallıq kəndlərindən də sakinlər deputatın qəbuluna gəliblər.

Əsasən fərdi qaydada qəbul edilən sakinlərin problemləri dinlənilib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Sosial müdafiə sahəsindəki məsələlər barədə deputat tövsiyələrini verib, müvafiq prosedur qaydalarını izah edib. Əksər məsələlər yerində həll edilib. Quşencə kəndinin su problemi də qaldırılan əsas məsələlər sırasında olub. Novruz Aslanov “Azərsu” ASC-nin vəzifəli şəxsləri ilə bu məsələni telefon vasitəsi ilə müzakirə edib və həlli istiqamətində müvafiq addımların atılacağı sakinlərin diqqətinə çatdırılıb. 

Sakinləri maraqlandıran digər məsələlər qeydiyyata alınıb. Əlaqədar qurumlara bu barədə məlumatın veriləcəyi bildirilib. Məlumat üçün bildirək ki, Novruz Aslanovun İsmayıllı rayon kəndlərində keçirdiyi səyyar qəbullar növbəti aylarda da davam edəcək.