Novruz Aslanov seçicilərini qəbul edib - FOTOLAR

Dekabr ayının 27-də millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edərək seçicilərinin qəbulunu keçirib.

Sabahinfo.az xəbər verir ki, İsmayıllı şəhərində yerləşən ofisində keçirilən qəbulda 30 nəfər seçici iştirak edib. Seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, millət vəkili tərəfindən lazımi tövsiyələr verilib. Şəxsi məişət problemləri ilə bağlı məsələlər yerində həll olunub. Həmçinin, sosial müdafiə məsələləri, digər cari məsələlərlə bağlı da müraciətlər edilib. Müraciətlər qeydiyyata alınıb və deputatın səlahiyyətinə aid olmayan məsələlərin əlaqədar qurumlara göndəriləcəyi bildirilib. 

Sakinlərə dəstək məqsədilə zəruri humanitar yardımların edilməsi nəzərdə tutulub.