Novruz Aslanov seçicilərlə görüş keçirdi - FOTOLAR

Mart ayının 2-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda yerləşən ofisində növbəti dəfə seçicilərini qəbul edib.

Sabahinfo.az xəbər verir ki, 30-a yaxın seçicinin iştirak etdiyi qəbulda onları narahat edən məsələlər barədə müzakirələr aparılıb.

Əhalinin sosial müdafiəsi ilə bağlı məsələlərin müzakirəsində təqaüdlər, müavinətlər barədə bir çox suallara aydınlıq gətirilib. Digər məsələlər barədə də müraciətlər olub, şəxsi məişət problemləri olan sakinlərə müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub. Həlli zaman tələb edən məsələlər qeydiyyata alınıb, əlaqədar qurumlara müvafiq müraciətlərin ediləcəyi seçicilərin diqqətinə çatdırılıb.