Novruz Aslanov şəhid ailələri ilə görüşdü - FOTOLAR

Noyabr ayının 7-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib.

Sabahinfo.az xəbər verir ki, qəbula gələn seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerindəcə həll olunub. Həmçinin sosial məsələlər və işlə bağlı müraciətlər də çoxluq təşkil edib. Digər məsələlərlə bağlı da müraciətlər edilib. Deputatın səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.

Qəbuldan sonra millət vəkili Talıstan kəndində şəhid baş leytenant Cavidan Bədəlovun ailəsini, İsmayıllı şəhərində şəhid baş leytenant Əmədzadə Familin, şəhid bas çavus Vüsal Dəmirovun, şəhid Cəmil Məmmədlinin və şəhid Aqil Mirzəliyevin ailəsini ziyarət edib. Millət vəkili şəhid ailələrinin daim dövlətin qayğısı ilə əhatə olunduqlarını, onların problemlərinin həlli üçün bütün zəruri addımların atıldığını bildirmiş və ailə üzvlərinə baş sağlığı vermişdir.