O, Kiyevdə hərbi parad vəd edib – Kadırov

Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov Ukraynadakı çeçen döyüşçülərinin yerləşdiyi əraziyə səfəri zamanı Kiyevdə hərbi paradın keçiriləcəyi vədini verib.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.

"Çeçenistan daxili işlər naziri Ruslan Alxanov Ukraynada “dxr” və “lxr” əhalisini bandera və nasist dəstələrindən, eləcə də digər şər ruhlardan xilas etmək üçün xüsusi əməliyyatda iştirak edən döyüşçülərin yerləşdiyi yerə baş çəkib", - Kadırov bildirib.