Ödənişsiz “SMM Haqqında Başlanğıc” mütəxəssisi kursuna start verilib

“Güzəran” Sosial araşdırmalar ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə  Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  "Quba və Qusarda yaşayan qadınların rəqəmsal bacarıqlarının artırılması" layihəsini icra edir. Layihənin məqsədi qadınların İKT ixtisaslarına yiyələnməsinə dəstək verməkdir.

Layihə çərçivəsində  gənc  xanımlar üçün ödənişsiz  Sosial Media Marketinq (SMM) meneceri onlayn təlim kursuna start verilib. Təlimlərə iştirakçılar onlayn mediada yerləşdirilmiş elanlar vasitəsi ilə cəlb ediliblər. Ümumilikdə 300 nəfər müraciət edib. Onlardan 20 nəfər seçilərək təlimlərə start verilib. 

Sosial şəbəkələr, onların mənası, auditoriyaları, təyinatlar, Səhifələrin idarə olunması, Targeting – nədir və işləmə prinsipi, Auditoriyanın təyin olunması, Reklam məqsədləri, Nəticələrin dəyərləndirilməsi kimi biliklər əldə edəcəklər.

Layihənin sonunda kursu uğurla bitirmiş iştirakçılara sertifikatlar veriləcək, onların CVləri layihə ekspertləri tərəfindən düzəldilərək təşkilatın müvafiq məktubu ilə müxtəlif şirkət və QHTlərə təcrübə üçün yönləndiriləcəklər.