"Ölkədə narkotik istifadəçilərinin sayı sürətlə artır" - Deputat

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa Azərbaycanda sağlam insan naminə səfərbərlik ili elan edilməsini təklif edib. 

Sabahinfo.az  xəbər verir ki, deputat bu təkliflə parlamentin bu gün keçirilən iclasında çıxış edib. O bildirib ki, ölkədə narkotik istifadəçilərinin sayı sürətlə artır. 

Onun sözlərinə görə, bunu statistika ilə öyrənmək mümkün olmasa da, bölgələrdən alınan məlumatlarda, seçicilərlə görüşdə, boşanmaların sayındakı artım bunu bir daha sübut edir: “Narkomaniyaya qarşı mübarizə metodlarını konkret istiqamətlərdə dəyişməliyik. Ölkədə bu sahə üzrə müvafiq dövlət komissiyası fəaliyyət göstərir. Adı mübarizə olsa da, komissiyanı lazımi resurslarla təmin etməmişik. Qaynar xətt xidməti var, ancaq bu narkomana kömək etmir. Komissiuyasının işi məsləhət vermək, yaxud narkotik istifadəçisini realibitasiya mərkəzinə yönləndirməkdir”. 

F.Mustafa çağırış edərək bildirib ki, bu kimi problemlərin qarşısı vaxtında alınmasa gələcəkdə böyük fəsadlar görüləcək.