"Ölümə səbəb olan silahlarla oynayırıq" - Roma papası

Roma Papası Fransisk Ukraynada müharibəni dayandırmağa və münaqişə tərəfləri arasında ciddi danışıqlara başlamağa çağırıb.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Bəhreyndə çıxışı zamanı deyib. 

Bundan əlavə, Papa müharibə fonunda nüvə silahından istifadə təhlükəsini də qəbuledilməz hesab edib: "Görünür, faciəli ssenarinin şahidi oluruq. Biz bütün insanlara qayğı göstərmək əvəzinə odla, güllə və raketlərlə, göz yaşlarına və ölümə səbəb olan silahlarla oynayırıq".