On minlərlə uşaq ölə bilər - BMT-dən xəbərdarlıq

"Humanitar vəziyyət sürətlə düzəlməzsə, Qəzzada on minlərlə uşaq həlak ola bilər". 

Sabahinfo.az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder Cenevrədə keçirdiyi brifinqdə deyib. 

"Əgər humanitar vəziyyət, o cümlədən təmiz içməli suya çıxış tezliklə düzəlməzsə, Qəzzada ölən uşaqların sayının çox kəskin artacağını görəcəyik. Bu, minlərlə, hətta on minlərlə uşağın ölüm-dirim məsələsinə çevrilib".

O, əlavə edib ki, son günlər bölgəyə yağan güclü yağışlar səbəbindən Qəzzada uşaqlar da epidemiya riski altındadır.

Bir gün əvvəl BMT-nin Uşaq Hüquqları Komitəsi Qəzzadakı müharibənin rekord müddətdə və onilliklər ərzində görünməmiş vəhşilik səviyyəsində çoxlu sayda insanın həyatına son qoyduğunu, beş həftə ərzində 4600-dən çox uşağın öldürüldüyünü bildirmişdi.