Ordumuzun iki hərbçisi İTKİN DÜŞDÜ

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.