Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində öldü

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, “N” saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Nemət İlham oğlu Xələfov yaşadığı mənzildə dəm qazından zəhərlənib.

O, hadisə yerində vəfat edib.

Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.

Faktla bağlı araşdırma aparılır.