Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqləndi

Prezident İlham Əliyev dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sabahinfo.az xəbər verir ki, sərəncamla “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib.

Siyahıya “Azərbaycan Beynəlxalq Bankı” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” və “Aztelekom” MMC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QSC-lər, Dövlət Neft Şirkətinin strukturuna daxil olan "Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu daxildir.