Paşayevlərin adından istifadə edən “İlin Dövd Fəsli” Şirkəti sakinləri SÖKÜR

Təəssüflər olsun ki, ərazilərimizin işğaldan azadl olunmasını, 44 günlük şanlı qələbəmizi ürək dolusu yaşamamıza imkan verməyən qüvvələr son zamanlarda daha aktiv fəaliyyətə keçib. Özü də Qələbənin 1 illiyində belə bir addım atmaqla cənab Prezident, birinci-vitse prezidentin siyasətini dəstəkləyən insanlar hədəf seçilir. Məsələ nədir? Masazır Qəsəbəsində yerləşən Yeni Bakı Şəhərciyinin tabe olduğu İlin Dövd Fəsli Şirkətinin rəhbərliyi. Bu şirkətlə bağlı mətbuatda davamlı olaraq problem, söz-söhbətlərə rast gəlinir. Vətəndaşlar öz narazılıqlarını dilə gətirir, aidiyyatı qurumlara öz şikayyətini edirlər. Şirkət rəhbərliyi isə “Paşayevlər bizi müdafiə edir” deyib, get hara şikayyət edirsən et ifadəsini səsləndirirlər.

 

Vətəndaşlar cəngə gəlib

 

Şəhərcikdə olan bütün mənzillərdə yaşayış var. Ev alan sakinlər isə ölkə prezidenti səviyyəsində buradakı problemlərdən cana gəldiyini bildirlər. Burada bir nömrəli problem kommunal xərclərlə bağlıdır. Şirkət rəhbərliyi pandemiya, səfərbərlik müharibə, qazi, şəhid bilmədən sakinlərdən kommunal xidmətin vaxtında ödənilməsi tələbi ilə çıxış edir, hətta bu ödənişləri həyata keçirməyənlərin işıqlarını kəsir.

Kommunal qiymətlər isə Masazır kimi yerdə fantastik rəqəm təşkil edir. Hər kv/m-ə 40 qəpiklik kommunal xidmətin qarşılığında sakinlər düzəməlli xidmət görə bilmir. Zibil vaxtında daşınmadığından şəhərcikdə ağcaqanad və milçəklər əmələ gəlib. Pandemiya dövrü olmağına baxmayaraq bir dəfə də olsun heç bir dizinfeksiya işləri həyata keçirilməyən Yeni Bakı şəhərciyində komendantlıq hələ də sovet dövründən qalan qaydalarla işləyir. Sakinlərə komunnal ödənişlərin qarşılığında verilən kassa mədaxildə möhür belə yoxdur. Bütün sahələrdə elektron idarəetmə, elektron qaimə sistemi tətbiq olunsa da bu şirkət nəinki qaimələrinə peçat vurur hətta qaz sayğacları kart sistemindən çıxarılır. Uzun illərdir elektrik sistemində karta keçidlə bağlı şirkətə rəsmi müraciətlər olmağına baxmayaraq işıq sayğacları da şirkətin balansındadır və ödəmələr hara və necə gedir onu Allah bilir.

Milli Qəhrəmana hörmətsizlik

Yeni Bakı şəhərciyində Aprel döşyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı olan Samid İmanovla bağlı kiçicik lövhə asılıb. Şirkət rəhbərliyinin başı pul yığmağa qarışdığından nəinki Milli Qəhrəman adına bir bulaq, büst hazırladıb araşdırsanız görərsiniz ki, Milli Qəhrəmana məxsus mənzilin nə qədər kommunal borcu yığılıb.

Halbu ki, şəhərcikdə yerləşən 4 Nömrəli orta məktəbə Milli Qəhrəmanın adını vermək, ən azından ona bir büst qoymaq olardı ancaq dediyimiz kimi şirkət rəhbərliyi bi işdə maraqlı deyil.

Sahibkarlar incidilir

Pandemiya dövründə Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq bir çox obyektlər fəaliyyətlərini müvəqqəti dayandırmaq məcburiyyətində qaldı. Ancaq sahibkarların fəaliyyətsizliyi şirkət rəhbərliyini maraqlandırmır. Şirkət obyektlər bağlı və ya açıq oldu fərq etməz kommunal xərclərin ödənilməsini tələb edir. Halbu ki. cənab Prezident çıxışlarında dəfələrlə qeyd edib ki. pandemiya dövründə sahibkarları incitmək olmaz. Yazının başlığında da dediyimiz kimi “Paşayevlər bizi müdafiə edib” deyib at oynadan Şirkət heç kimə və heç nəyə məhəl qoymur.

Sonda isə onu da qeyd edim ki, kiçik araşdırma zamanı məlum oldu ki, İlin Dörd Fəsli MMC nə orduya yardım kompaniyasında, nə YAŞAT Fonduna heç bir vəsait köçürməyib. Bu şirkətin işi milləti soymaqdır...

P.S. Qarşı tərəfin mövqeyini, sakinlərdən kimin bu yöndə əlavə şikayyəti varsa dərc etməyə hazırıq.

Ədil Ədilzadə