Paşinyan BMT-dəki fiaskodan sonra Qafana getdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Qafana səfər edib.

Sabahinfo.az xəbər verir ki, bununla Paşinyan BMT Təhlükəsizlik Şurasındakı fiaskodan sonra regionlara səfər etməklə fikri yayındırmağa çalışır.

Qeyd edək ki, Qafan rayonu Zəngəzur mahalında önəmli yer tutur. Naxçıvanla Qarabağ arasında dağ silsələləri arası ilə uzanan bu mahal Bərgüşad, Zəngəzur və Mehri dağ silsilələri əhatəsində dağlıq ərazidə, Gığı və Oxçu dərələrində yerləşir.

1920-ci ilə qədər Gəncə quberniyasının Zəngəzur qəzasının əyaləti olub, 1917-1920-ci illərdə baş verən siyasi oyunlar nəticəsində Zəngəzurun digər bölgələri kimi, Qafan da Ermənistan SSR-in inzibati rayonuna çevrilib və 9 sentyabr 1930-cu ildən müstəqil rayon kimi fəaliyyət göstərir.