"Paşinyanın dövründə Ermənistan biabırçı məğlubiyyətə uğradı" - Zatulin

"Paşinyan Rusiya haqqında daha çox, daha səmimi və hətta həyasızcasına danışır. Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı isə Paşinyan getdikcə daha çox dostcasına davranır". 

Sabahinfo.az xəbər verir ki, bunu Rusiya parlamentinin aşağı palatasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

"Paşinyan bacarsa, Ermənistanı ciddi milli maraqların olmadığı adi Yaxın Şərq ölkəsinə çevirəcək. Paşinyan bu gün Azərbaycan və Türkiyənin tarixi opponentləri, yəni Ermənistan üçün ən uyğun liderdir. Məhz Paşinyanın dövründə Ermənistan həm hərbi, həm də diplomatik arenada biabırçı məğlubiyyətə uğradı", - deyə siyasətçi bildirib.