Paşinyanmı, Köçəryanmı? Bu həftə seçkilərdə kim qalib gələcək?

Ermənistan bazar günü növbədənkənar parlament seçkilərinə gedir - bu seçkilərdə SSRİ dağılandan və ölkə müstəqillik əldə edəndən bəri onun rəhbəri olmuş hər kəs iştirak edəcək. Baş nazir Nikol Paşinyanın iqtidarda olan partiyası parlamentdə yerlərin çoxunu qoruyub saxlaya biləcəyinə ümid edir. Seçkilərdə record sayda - 26 partiya və blok iştirak edir.

Favroitlər Paşinyanın özü və eks-prezident Robert Köçəryan hesab olunur. Paşinyana müxalif rəqiblərindən daha ikisi keçmiş ölkə başçısıdır, ancaq onlar koalisiya yaratmayıblar.

Bu isə Ermənistan cəmiyyətinin ümui vəziyyətini əks etdirir - Azərbaycanla ötən ilin payızındakı müharibədə məğlubiyyətdən sonra cəmiyyət ən son həddədək qütbləşib. Məhz bu məğlubiyyət siyasi böhrana gətirib çıxarıb - bu böhrandan ölkəni erkən seçkilər çıxarmalıdır, BBC Ruscanın müxbiri Qriqor Atanesyan Yerevandan yazır.