Paytaxtdakı partlayış səslərinin səbəbləri məlum oldu

Bakı və bakıətrafı ərazilərdə partlayış səslərinin səbəbləri məlum olub.

Fövqəladə Hallar Nazirliyindən Trend -in sorğusuna cavab olaraq bildirilib ki, bakıətrafı ərazilərdə hərbi təlimlər keçirilir.

"Şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı şəhərin bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir. Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur," - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində partlayış səsləri eşidilir.