Pənahəli xanın nəslinin davamçısı Şuşada

Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslinin İspaniyada yaşayan nümayəndəsi Qulam Əkbərov ailəsi ilə birlikdə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib.

Sabahinfo.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan səfər zamanı Əkbərovlar ailəsinin üzvləri öncə ulu babalarının sarayının qalıqlarını və onun adını daşıyan küçəni ziyarət ediblər.

Ziyarət zamanı duyğulu anlar yaşanıb. Əkbərovlar hisslərini Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı ilə bölüşüblər.