Penitensiar xidmətin yeni rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə yeni rəis təyin edib.

Sabahinfo.az xəbər verir ki,"Unikal"ın əldə etdiyi məlumata görə, dövlət başçısının sərəncamına əsasən, bu vəzifəyə ədliyyə polkovniki Mirsaleh Miradil oğlu Seyidov təyinat alıb.

O, bu təyinatadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi olub.

Onu da qeyd edək ki, Mirsaleh Seyidov həmçinin ədliyyə nazirinin müavini vəzifəsini də tutacaq.