Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2933 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 354, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2086, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 225 nəfərdir.