Polad Həşimovun şəxsi əşyaları muzeyə təqdim olundu

Tovuz döyüşlərinin üç ili tamam olur. Həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.

Sabahinfo.az  xəbər verir ki, bu barədə muzeydən məlumat verilib.

Bildirilib ki, həmin materiallar arasında Polad Həşimovun hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, əlyazmaları və ona məxsus digər əşyalar yer alıb.