Polkovnik Türkiyənin Milli Müdafiə Universitetinə təyinat aldı

Kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru, polkovnik Rəşad Tahirov Türkiyənin Milli Müdafiə Universitetinə, MMU-nin prorektoru, professor doktor Tələt Canbolat isə bir il müddətinə Azərbaycan Milli Müdafiə Universitetinə təyinat alıblar.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, “Türkiyə Cümhuriyyətinin 100 illiyi” və “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyi” münasibətilə 2023-cü il üçün iki xüsusi təlim nəzərdə tutulub.

Bildirilib ki, bu çərçivədə birincisi Türkiyədə 19 aprel-10 may tarixlərində keçirilib, ikincisi isə 16-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək.