Poroşenko qoşunların Debaltsevodan çıxarılmasından danışdı

Ukrayna prezidenti Pyotr Poroşenko Donbass bölgəsinə - hərbi əməliyyatlar zonasına yollanıb.
P. Poroşenko hava limanında jurnalistlərə açıqlamasında bu gün səhər tezdən Debaltsevodan qoşunların planlı surətdə çıxarılmasına başlandığını bildirib: "İndiyə qədər hərbi qulluqçuların əksəriyyəti çıxarılıb. Onlar öz silahları - hərbi texnika, tanklar, zirehli hərbi maşınlar, özüyeriyən artilleriya qurğuları ilə birlikdə çıxıblar. Bu da Rusiyaya və bütün dünyaya göstərdi ki, orada iddia olunan kimi, tam mühasirə şəraiti yoxdur”.
P. Poroşenko bu gün axşam Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısının keçiriləcəyini söyləyib.