Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilib.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Adil Ələsgər oğlu Abdullayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Fərhad Nəriman oğlu Səmədova

polkovnik Seymur Taleh oğlu Qaraşova

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.