Putin "Taxıl sazişi"nin bərpası üçün şərtini AÇIQLADI

“Taxıl sazişi”ni bərpa etməyə hazırıq”.

Sabahinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bunun üçün Rusiyanın qida məhsullarına sanksiyaların aradan qaldırılması kifayətdir: “Əgər bu olarsa, biz sazişi bərpa edərik. Bunu həmkarıma açıq dedim”.