Putin: Ukraynadakı müharibəni dayandırmaq lazımdır

“Danışıqlara hazırıq”.

Sabahinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən G20 sammitinə videomüraciətində deyib.

O bildirib ki, Ukraynadakı müharibəni necə dayandırmaq barədə düşünmək lazımdır: “Bu, faciədir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.