Putin: “Ukraynanın hərbi infrastukturunun məhv edilməsi başa çatmaq üzərdir”

Rusiya Prezidenti Vladimir Putin 8 Mart öncəsi qadın pilotlarla görüş keçirib.

Sabahinfo.az  APA-ya istinadən bildirir ki, o, Ukraynadakı hərbi əməliyyatların qrafik üzrə davam etdiyini söyləyib.

"Ukraynanın hərbi infrastrukturunun məhv edilməsi başa çatmaq üzrədir. Ukraynada xüsusi əməliyyat zaman Hava Hücumundan Müdafiə Sistemləri tam məhv edilib".

O, əməliyyatın Baş Qərargahın təsdiq etdiyi plan üzrə getdiyini və Ukraynada olan Rusiya hərbi qüvvələrinin gücü ilə əməliyyatı başa çatdıracaqlarını deyib.

Rusiya lideri ölkədə hərbi vəziyyət elan olunamayacağını da əlavə edib.