Putin və Ərdoğan bu məsələləri müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Türkiyəyə səfəri zamanı müzakirə etməyi planlaşdırdığı məsələlər məlum olub.

Sabahinfo.az “A Haber”a istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə “Taxıl sazişi” və Ukraynadakı müharibənin gələcəyini müzakirə edəcək.

İki ölkə liderləri həmçinin Moskva və Kiyev arasında ehtimal edilən sülh müqaviləsi barədə danışacaqlar.

Məlumata görə, artıq səfərlə bağlı hazırlıqlara başlanılıb.