Putinlə Ərdoğan bir sıra sazişlər imzalayacaq

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə keçiriləcək danışıqlardan sonra bir sıra sazişlər imzalaya bilər.

Sabahinfo.az xəbər verir ki, bu barədə TASS Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, sazişlərin imzalanması Ankara ilə Moskva arasında münasibətlərin inkişafına yeni təkan verə bilər, lakin hər şey görüşün nəticələrindən asılı olacaq.

Qeyd edək ki, Putinlə Ərdoğan arasında danışıqların sentyabrın 4-də Soçidə baş tutacağı gözlənilir.