Qadınları xaricə satan Quba sakinini həbs edildi

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Quba şəhər sakinini həbs edib.
“Azerforum”un əldə etdiyi məlumata görə, Quba  şəhər sakini Məmmədova Zeynəb Əlibaba qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə xaricinə apararaq cinsi istismara məruz qoyması faktı  DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin  sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Məmmədova Zeynəb Əlibaba qızı Cinayət Məcəlləsinin 144-1.1, 243.1 və 244.1-ci  maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il   müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.