Qapanmaya ehtiyac yoxdur-Teymur Mustafayev

Dünyada koronavirusun "omikron” ştamı geniş yayılır, yoluxma sayları artmaqdadır. Ölkədə ilk dəfə 12 nəfərdə “omikron” aşkarlanıb. Dünya təcrübəsinə baxsaq, görərik ki, son 4 həftə ərzində ümumi yoluxmaların təxminən 40 faizini “omikron” ştamı təşkil edir.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda ölkəmizdə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır, çarpayı fondu, lazımi tibbi avadanlıqlarla təminat yüksək səviyyədədir. Bu baxımdan problem yoxdur. Azərbaycanda hələlik qapanmaya ehtiyac yoxdur. Lakin yoluxmanın gedişatı vəziyyətə təsir edə bilər.