Qarabağ ermənilərinin etnik təmizləmə ilə üzləşdiyi iddiaları əsassızdır - Azərbaycanın İsraildəki səfiri

Qarabağ ermənilərinin etnik təmizləmə ilə üzləşdiyi iddiaları əsassızdır.

Sabahinfo.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "X"dəki paylaşımında qeyd edib.

"Qarabağ erməniləri yenidən qurulan Ağdam-Xankəndi avtomobil yolundan istifadədən dəfələrlə imtina edib, hətta rəhbərlərinin göstərişi ilə yol betonla bağlanıb.

Bundan başqa, rəsmi Bakının tədarüklərin Ağdam-Xankəndi yolundan Azərbaycan deyil, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən daşınması təklifi də rədd edilib. Hətta bununla bağlı dialoqun aparılması təkliflərinə də razılıq verilməyib. Bütün bu təkliflərimizə rəğmən, onlar Qarabağdakı ermənilərin Azərbaycanın əli ilə etnik təmizləmə ilə üzləşdiyini iddia edirlər",- diplomat yazıb.