"Qarabağ" - "Şelburn" matçına satılan biletlərin sayı açıqlandı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) matçına satılan biletlərin sayı açıqlanıb

Ağdam klubunun mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, hazırda 19 min 500 bilet sahibini tapıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri "ıTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın "Park Bulvar"dakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.