Qarabağ və Şərqi Zəngəzurda 11 baza stansiyası qurulub

Bu ilin əvvəlindən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi məqsədilə müvəqqəti istifadəyə verilmiş 11 baza stansiyasının tam əsaslı təmirini və qurulmasını başa çatdırıb.

Sabahinfo.az bu barədə quruma istinadən xəbər verir.

"Digər sahələrdə işlər paralel olaraq və mərhələli şəkildə davam etdirilir" - deyə məlumatda qeyd olunub.