Füzuli şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi üzrə 11.4 km magistral su xətti, müxtəlif diametrli borularla 4.4 km artezianlararası su xətti, 1.8 km kanalizasiya kollektor xətti çəkilib.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev deyib.
Onun sözlərinə görə, qeyd olunanlarla yanaşı Füzulidə 1 ədəd V=2x8500 m3 su anbarı-97% və 1 ədəd V=2x2500 m3 su anbarı -97% tikintisi, 6 ədəd subartezian quyusunun tikinti işləri icra olunub.
İlham Quliyev bildirib ki, Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 4.36 km magistral su xətti, 1 km kanalizasiya kollektor xətti, 1 ədəd S.T.Q.K-nin tikintisi-55%, 1 ədəd 2x500 m3 su anbarının tikintisi-80%, 1 ədəd 2x250 m3 su anbarının tikintisi-80%, 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi-95% və 1 ədəd T.S.T.Q-nin tikintisi-65% icra olunub.