"Qarabağda istədiyimiz nəticəni aldıq" - Türkiyə lideri

"Hazırda Türk dövlətləri arasında siyasi birliyimiz mövcuddur".

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hərbi məsələdə isə ən önəmli həmrəylik Qarabağda olub.

Ərdoğan qeyd edib ki, Qarabağ dünyaya qarşı bunun ən böyük sübutu oldu: "Yəni, bir dövlət, bir millət belə bir həmrəyliyi arxasında hiss edərsə, nəticəni əldə edə bilər. Qarabağda bax bu nəticə alındı”.