"Qarabağdakı silahlar Rusiyaya göndərilir" - AÇIQLAMA

"Vəziyyət dəyişdi. Münaqişənin qarşısını almaq üçün nəzərdə tutulan silahlara ehtiyac yoxdur. Buna görə də onlar Rusiyaya göndərilir". 

Sabahinfo.az xəbər verir ki, bunu rusiyalı siyasətçi, Yaxın Şərq üzrə ekspert Stanislav Tarasov deyib. 

Siyasətçi qeyd edib ki, Rusiya üçün vacib olan regionda sabitliyi və mövcudluğu qorumaqdır: "Qərb mübarizəyə girməyə hazır deyil, orada mafiya və intriqalar yaxşı işləyir, İrəvandan öz maraqları üçün istifadə edə biliblər, amma görünən odur ki, Qərb regionda hərbi mövcudluğunu təmin etmək istəyir. Burada təhlükə Rusiyanın hansı mövqedən çıxış edəcəyidir. Müəyyən konseptual səhvlərə yol verilib və indi Rusiya neytral məsafə saxlamaq siyasəti aparır. 

İrəvan Rusiya resursunun ona xidmət etməsini istəyirdi, amma alınmadı. Rusiyaya Azərbaycanla işləmək sərfəlidir".