Qarabağdakı sülhməramlılar Ukraynaya göndərilib? - AÇIQLAMA

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib.

Sabahinfo.az-ın məlumatına görə, səfir keçirdiyi mətbuat konfransında olaraq bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib”, - diplomat vurğulayıb.