Qarabağdan gedən ermənilərin sayı 65 mini keçdi

Qarabağdan könüllü şəkildə köçən ermənilərin sayı 65 min nəfəri keçib. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, sentyabrın 28-i səhər saat 08.00-a olan məlumata görə, 65 036 nəfər Laçın dəhlizindən keçərək Ermənistana daxil olub.