Qarabağın erməni sakinləri Laçın postundan növbəti dəfə maneəsiz keçiblər - VİDEO

Bu gün Laçın DSBM-dən (Dövlət Sərhəd Buraxılış Məntəqəsi) Gorus-Xankəndi istiqamətində Qarabağ ermənilərinin növbəti keçidi təmin edilib.

Sabahinfo.az bildirir ki, ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus-8 nəqliyyat vasitəsi ilə 24 nəfərin sərbəst, heç bir maneə ilə üzləşmədən keçidi baş tutub.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.