Qaribaşvili azərbaycanlıları təbrik etdi

Gürcüstanda yaşayan etnik azərbaycanlılara və müsəlmanlara ölkəmizin yenidən qurulmasındakı xidmətlərinə görə minnətdaram. Həmvətənlərimizi, etnik azərbaycanlıları, bütün müsəlmanları Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində bildirib.

Hökumət başçısı deyib:

“Novruz yeni həyatın, yenilənmənin günüdür və mən hamını bu bayram münasibətilə təbrik edir, cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram. Bizim üçün müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Biz həmişə bir yerdə olmuşuq və ölkəmizin ortaq tarixini yaradırıq. Ona görə də hökumətimiz adından hər bir etnik azərbaycanlıya və hər bir müsəlmana ölkəmizin yenidən qurulmasına verdiyi töhfəyə görə təşəkkür edirəm”.