Qaribaşvili Mişellə görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Sabahinfo.az xəbər verir ki, hökumət başçısı görüşdə Gürcüstanın Aİ-yə inteqrasiya istəklərinin “həmişəki kimi möhkəm” olduğu vurğulayıb.

“Biz ümid edirik ki, Aİ bu il Gürcüstana namizəd statusu verərək daha bir tarixi qərar qəbul edəcək. Prezident Şarl Mişelə Gürcüstanın Avropa gələcəyinə verdiyi şəxsi dəstəyinə görə minnətdarlıq edirəm”, - deyə Qaribaşvili görüşdən sonrakı Tvitter paylaşımında qeyd edib.