Qəbələdə dağlıq ərazidə yanğın tam söndürüldü

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər iştirak edib