QHT layihə çərçivəsində tədbir keçirib

“Milli dəyərlər üzrə maarifləndirmə” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizədə maarifləndirmə” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat vəHumanitar Kollecdə tədbir keçirib.

Layihə rəhbəri Gülşən Behbudova çıxış edərək məişət zorakılığına qarşı mübarizədə maarifləndirmə işinin vacibliyindən danışıb. Daha sonra Çıxış edən qonaqlar problemin həlli istiqamətində ölkəmizdə görülən işlərdən söhbət açıblar. Tədbir yeniyetmə və gənclərlə qarşılıqlı müzakirələrlə davam edib.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli dəyərlər üzrə maarifləndirmə” İB-i tərəfindən həyata keçiriləcək “Məişət zorakılığına qarşı mübarizədə maarifləndirmə” layihəsinin icrası 3 ay müddətində (01.02.2023-30.04.2023) nəzərdə tutulub.