Gənclər Fondunun maliyyə dəstəyi ilə tədbirlər keçirdi

Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə 20.12.2022-ci il tarixdən icrasına başlanan "Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və onların bu istiqamətdə maarifləndirilməsi" layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.Tədbir fevral ayının 22-sindən mart ayının 1-inə qədər Tovuz rayon Elxan Məmmədov adına tam orta məktəbdə, Tovuz rayon Adil Qasımov adına şəhər tam orta məktəbində, Qazax rayon Dövlət Sosial İqtisad kollecində, Bakı Dövlət universitetinin Qazax filialında, Ağstafa rayonu 1 saylı tam orta məktəbində və Ağstafa rayon Heydər Əliyev mərkəzində gənclər arasında sahibkarlıq fəaliyyətinin maarifləndirilməsi istiqamətində diskusiya xarakterli tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, məktəb direktorları,müəllim və şagird kollektivləri iştirak etdilər.İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi.Çıxışı zamanı bildirdiki, sahibkarlıq fəaliyyətilə məşğul olmaq hər bir gəncin gələcəkdə karyerasının formalaşmasında mühüm rol oynaya bilər.Həmçinin bildirdiki, sahibkarlıq fəaliyyətilə məşğul olan hər bir yetişməkdə olan yeni nəsil üçün dövlətimiz tərəfindən münbit şərait yaradılmış və bu istiqamətdə priaritet addımlar atılır.

Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Rəşad Əhmədova verdi.Təlimçidə öz növbəsində şagirdlərlə diskusiya şəklində mövzu haqqında söhbətlər apardı.

Tədbirdə şagirdlərə layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər,dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu,layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylandı.