Qırğızıstanın sabiq prezidenti azadlığa çıxdı

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev həbsdən azad olunub.

Məlumatı siyasətçinin ailə üzvləri də təsdiq ediblər.

Qeyd edək ki, A.Atambayev ötən ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.